İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə veteranlarına verilən təqaüd artırılsın - Vahid Əhmədov

7115 27.05.2024 12:48 Sosial A A

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrindəki çıxışı zamanı 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin müsbət tərəflərindən bəhs edib.

Musavat.com xəbər verir ki, millət vəkili təklif edilən dəyişikliklərin kifayət qədər müsbət olduğunu vurğulayaraq plenar iclasın müzakirəsinə təqdim olunmasını məqbul sayıb.

Vahid Əhmədov müharibə veteranlarının aylıq təqaüdünün artırılması ilə bağlı məsələ qaldırıb:

“Millət vəkillərinin hamısı müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını təklif edir. Ayıbdır, 80 manat çox aşağı məbləğdir. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. 80 manat gülünc məbləğdir. Bu məsələyə baxılmasını xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR