İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə rus ailələrini parçaladı, son 8 ildə...

1071 15.02.2023 18:03 Region A A

Rusiyada 2022-ci ildə 625 min boşanma qeydə alınıb. Bu, 2014-cü ildən bəri maksimum sayılır.

Musavat.com xəbər verir ki, bu barədə “Rosstat” (Federal Statistika Xidməti) məlumat yayıb.

Rəsmi rəqəmlərə əsasən, 2022-ci ildə boşanmaların sayı əvvəlki illərlə müqayisədə dəhşətli səviyyəyə çatıb. 2021-ci ildə Rusiyada 589 min, 2020-ci ildə isə (koronavirusun tüğyan etdiyi dövr) 505 min boşanma halı qeydə alınıb. Bundan əvvəl boşanma rekordu 2014-cü ildə qeydə alınıb. Krımın ilhaqı və Ukraynada hərbi əməliyyatların başlanması fonunda 694 min rus ailəsi dağılıb.

Rusiya Federasiyasında nikahların sayında müəyyən artım olub. Müharibə ili ərzində ölkədə 974 min cütlük evlənib. 2021-ci ildə 860 min, 2020-ci ildə isə 717 min nikah qeydə alınıb. Nikahların bağlanmasına görə son 8 ildə zirvə həddi yenə 2014-cü ilə təsadüf edir. Həmin vaxt ölkədə 1,3 milyon nikah qeydə alınıb.

Psixoloqlar boşanmaların çoxluğunu evli cütlüklərin müharibə səbəbindən mübahisələr etməsi ilə əlaqələndirirlər. “Siyasət və mediadakı qarışıqlıq evli cütlükləri birləşdirmədi, əksinə, evliliyin metafizik əsasını sarsıtdı. Qadınlar həyat yoldaşlarını qoruyucuları olaraq deyil, hər an sındırıla biləcək zəif şəxs kimi görməyə başladılar”, - deyə sosial psixoloq Aleksey Rossin qeyd edib.

Ukraynada müharibə fonunda boşanmaların sayı, əksinə, azalıb. Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart-dekabr ayları ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 min az sayda boşanma qeydə alınıb. Eyni zamanda, nikahların sayı artıb - mart-dekabr aylarında təxminən 198 min cütlük evlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR