İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə nazirinin müavinlərinin İtaliya və Serbiyaya səfəri - FOTO

1070 21.06.2024 00:58 Ölkə A A

Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov İtaliyaya səfəri çərçivəsində bu ölkənin hərbi idarəsinin rəhbəri Qvido Krozetto ilə görüşüb.

Görüş zamanı tərəflər mövcud vəziyyəti və hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Birgə layihələr üzrə fikir mübadiləsi aparılıb, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Mənbə bildirib ki, müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Kərim Vəliyev Serbiyada səfərdədir. O, Serbiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Milan Moysiloviç ilə danışıqlar aparıb və hərbi əməkdaşlıq perspektivlərini müzakirə edib.//Turan İnformasiya Agentliyi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR