İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad”ın sabiq rəhbəri ilə bağlı ŞOK İDDİA

839 28.05.2024 13:23 Dünya A A

2016-2021-ci illərdə İsrailin "Mossad" kəşfiyyat xidmətinə rəhbərlik etmiş Yosi Koen Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbərliyinə təzyiq edərək, onları Fələstindəki hərbi cinayətlərin təhqiqatından imtinaya məcbur edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bir neçə il əvvəl Koen əvvəlcə BCM-nin prokuroru xanım Fatou Bensouda ilə münasibət qurmağa çalışsa da, sonradan ünsiyyət tonu dəyişib.

İddiaya görə, Koen şəxsi görüşlərdə prokuroru hədələyərək deyib ki, onun və ya ailəsinin təhlükəsizliyinə xələl gətirə biləcək məsələlərə qarışmamalıdır.

İsrail hakimiyyəti isə bu ittihamları rədd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR