İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada daha bir BOMBA HƏYƏCANI - Ticarət mərkəzi BOŞALDILDI

900 27.03.2024 21:09 Dünya A A

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

“Report”un məlumatına görə, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR