İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moody's” “Cənub Qaz Dəhlizi” QSC-nin təminatsız reytinqini yüksəldib

375 05.08.2022 22:38 İqtisadiyyat A A

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) xarici valyutada prioritet təminatsız reytinqini “Ba2” səviyyəsindən “Ba1”ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib.

“Report” xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında deyilir.

“Cənub Qaz Dəhlizi” QSC CQD layihəsinin komponentlərinin səmərəli idarə edilməsi məqsədilə yaradılıb. Şirkətin kapitalında SOCAR-ın payı 49 %, dövlətin payı isə 51 % təşkil edir.

CQD layihəsinin ümumi dəyəri 38 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan qazının Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Türkiyəyə nəql isə 2018-ci ilin yayında başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR