İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada Ukrayna ssenarisi – sabiq baş nazir xəbədarlıq edib

737 15.07.2024 12:47 Dünya A A

Moldova ictimaiyyəti və siyasətçiləri Ukrayna ssenarisinin ölkədə təkrarlanmasına imkan verməməlidirlər.

Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin keçmiş baş nazir, Respublikanın İnkişaf və Birlik Partiyasının lideri İon Çiku deyib.

O qeyd edib ki, hazırda Ukraynada ölkənin və onun sakinlərinin taleyi ilə heç maraqlanmayan böyük geosiyasi oyunçular mübarizə aparır.

“Təəssüf ki, bu, böyük oyunçuların sırf ərazi kimi baxdığı Moldovaya da aiddir”, - deyə siyasətçi bildirib. Çiku siyasətçiləri və ictimaiyyəti “Moldovanın hərbi əməliyyatlara cəlb olunmasının qarşısını almaq” üçün qüvvələri birləşdirməyə çağırıb.

İyulun 5-də Moldova hakimiyyətinin Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazır olduğu bildirilib. Respublika Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq razılıq Ukrayna, Moldova və Rumıniya xarici işlər nazirlərinin Kişinyovda keçirilən görüşü çərçivəsində əldə olunub.

Tərəflər enerji məsələlərindən əlavə, regionda təhlükəsizlik və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Üçtərəfli sazişdə xüsusilə vurğulanır ki, Rumıniya və Moldova Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulunu” dəstəkləyir və Kiyevin mövqeyini nəzərə alaraq münaqişənin həlli istiqamətində səyləri alqışlayır.

Bundan əvvəl Moldova NATO üçün “təhlükəsizlik təminatçısı” olmaq arzusunu ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR