İnsanlara hürriyət, millətlərə istiqlal!

Modelin anası qapalı iclasda ifadə verdi

788 27.03.2024 21:08 Ölkə A A

Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xadijat Əliyeva dindirilməsinin qapalı keçirilməsini istəyib. Ziya Hüseynzadənin vəkilləri prosesin qapalı keçirilməsinə etiraz ediblər.

Raziyyat Əliyevanın vəkilləri isə bildiriblər ki, məhkəmənin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Vəkillər fikirlərini belə əsaslandırıblar ki, Xadijat Əliyevaya Raziyyat Əliyeva ilə bağlı suallar veriləcək, bunun da ictimaiyyətə açıqlanması düzgün deyil.

Hakimlər belə qərara gəliblər ki, Xadijat Əliyevanın dindirilməsi qapalı keçirisin. Digər şahidlərin dindirilməsinin isə açıq məhkəmə iclasında aparılması qərara alınıb.

Daha sonra Raziyyat Əliyevanın anası Xadijat Əliyeva qapalı məhkəmə iclasında tərəflərin suallarını cavablandırıb.

Qeyd edək ki, Xadijat Əliyeva Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü sonradan bildiyini deyib.

Daha sonra digər şahidlər ifadə verib.

Növbəti proses aprelin 24-də davam edəcək.

Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.

İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.

Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.

Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.

Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.//Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR