İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlarla Facebook istifadəçisinin hesab məlumatları oğurlandı

1736 08.10.2022 01:22 Texnologiya A A

ABŞ-ın “Meta” şirkəti “Facebook” sosial şəbəkəsinin ən azı bir milyon istifadəçisinin şəxsi məlumatlarının mümkün sızmasını aşkar edib,

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Axios” saytı məlumat yayıb.

“Meta”nın təhlükəsizlik komandası, 400-dən çox mobil tətbiqinin özlərini foto redaktor proqramı kimi göstərərək və bunu Facebook-da paylaşaraq əslində onların akkauntlarını ələ keçirdiyini müəyyənləşdirib.

Qeyd olunur ki, nəticədə Facebook istifadəçiləri bütün lazımi giriş məlumatlarını həmin zərərli mobil proqramlara ötürüblər. İndi zərərvericilər “Meta”da aldada bildiyi istifadəçilərin hesablarını sındıra və oğurlaya bilirlər.

Hesabata əsasən, 400-dən çox təhlükəli mobil proqramdan 355-i Android sistemində, daha 45-i iOS, yəni iPhone smartfonlarında görünüb.

Meta ekspertləri belə qənaətə gəliblər ki, istifadəçilərə öncə Facebook-dan loqin və paroldan istifadə etməklə təsdiqlənmə təklif edilib, bundan sonra məlumatlar fırıldaqçılara çatıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR