İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin növbədənkənar sessiyası qapalı keçiriləcək? - AÇIQLAMA

3009 21.05.2024 14:06 Siyasət A A

“Milli Məclisin sessiyaları Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsi ilə, eyni zamanda Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Milli Məclisin iki sessiyası var: fevralın 1-dən başlanan, mayın 31-dək davam edən yaz sessiyası və sentyabrın 30-da başlanan və dekabrın 30-dək davam edən payız sessiyası”.

Bu fikirləri Musavat.com-a hüquqşünas Polad Mehdiyev bildirib.

polad.jpg (76 KB)

Hüquqşünas qeyd edib ki, növbədənkənar sessiyaların çağırılması iki qaydada aparılır:

“Növbədənkənar sessiyaların çağırılmasını ya Azərbaycan Respublikasının prezidenti tələb etməlidir, ya da Milli Məclisin sədri ən azı 42 deputatın tələbi əsasında çağırılmalıdır. Tələb kim tərəfindən qoyulubsa, növbədənkənar sessiyanın gündəliyini də o müəyyən edir. Gündəlikdə olan məsələlərə baxıldıqdan sonra sessiyanın işi bitir”.

Polad Mehdiyev bildirib ki, növbədənkənar sessiya həm açıq, həm də qapalı keçirilə bilər.

“İclasın qapalı keçirilməsi üçün ya prezident təklif irəli sürməlidir, ya da ən azı 83 deputat bunu tələb etməlidir”, - deyə hüquqşünas əlavə edib.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR