İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meta” bir neçə min işçisini ixtisar edəcək

1788 07.11.2022 03:59 Texnologiya A A

Amerikanın “Meta” şirkəti (“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi - Red) tezliklə bir neçə min əməkdaşını işdən çıxarmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, “Meta”da kütləvi ixtisarların rəsmi elanı noyabrın 9-da gözlənilir. Qəzet şirkətdə neçə nəfərin işini itirəcəyini açıqlamayıb.

“Bu, şirkətin mövcud olduğu 18 il ərzində ilk kütləvi ixtisarlardır. Daha əvvəl bildirilmişdi ki, “Meta” işçilərin ixtisarı da daxil olmaqla xərcləri 10% azaltmaq niyyətindədir”,- məqalədə deyilir.

Xatırladaq ki, hazırda “Meta” şirkətinin heyəti 87 min nəfərə çatır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR