İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur kartel tətikçinin oğluna görə polislərə hücum etdi - ŞOK GÖRÜNTÜLƏR

1073 22.01.2024 15:35 Hadisə A A

Narkotik ticarətindən tutmuş çirkli pulların yuyulmasına qədər bir çox cinayətləri ilə beynəlxalq miqyasda tanınan Meksikanın məşhur Sinaloa karteli şəhərin mərkəzində dəhşət saçıb.

Musavat.com xəbər verir ki, kartel üzvləri onlar üçün çalışan tətikçinin oğlu həbs edildiyi üçün polislərə hücum edib.

Kartelə bağlı Los Cazadores dəstəsi səhralıq ərazidə yerləşən Sonora ştatında polislərə atəş açıb. Tətikçinin oğlunun xilasetmə cəhdi ilə başlayan və saatlarla davam edən qarşıdurmanın görüntüləri də ortaya çıxıb.

Kartellə polislər arasında baş verən qarşıdurmada 12 nəfər ölüb. Qarşıdurma səbəbindən çaxnaşmanın artdığı bölgədə nəqliyyatın hərəkəti də iflic olub. 

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR