İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur avtomobil brendi elektromobil istehsalını DAYANDIRDI

2554 05.10.2023 13:37 İqtisadiyyat A A

Almaniyanın Zvikau şəhərindəki "Volkswagen" zavodu tələbatın azalması səbəbindən elektriklə işləyən avtomobillərin istehsalını müvəqqəti dayandırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, dayanacaqlar tamamilə yeni elektromobillərlə doludur, görünür, avtomobil sahibləri onlara maraq göstərmirlər.

Şirkət zavodun fəaliyyətinin dayandırılmasının neçə işçiyə təsir edəcəyi ilə bağlı şərh verməkdən imtina edib. Sənaye birlikləri bu qərara narazılıqlarını bildirirlər.

Xatırladaq ki, bundan əvvəl "Volkswagen" Almaniyanın Zvikau və Drezdendəki fabriklərində tələbin azalması səbəbindən "ID.3" və "Cupra Born" elektrik avtomobillərinin istehsalını dayandıracağını bildirib. 

9fb87202fc42213d9dec985ba907548c.jpg (122 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR