İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşəli sakini Xaçaturyanın cinayətlərindən danışdı - VİDEO

1000 30.07.2023 21:18 Qarabağ xəbərləri A A

Ötən gün Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri - Vaqif Xaçaturyanın saxlanılması xəbəri 25 ölü, 14 yaralı verən, özü məhv olan Meşəli kəndinin ata ocaqlarından didərgin düşən sakinlərinin yaralarını qopardı.

32 il əvvəl Meşəlidə yaşanan dəhşət neçə-neçə sakinin kabusuna çevrilib.

Müsahibimiz Alış Alışov da o sakinlərdən biridir. O, kənddə məktəb direktoru işləyib. Alış müəllim deyir ki, erməni terrorçuları silahsız insanlara qarşı ən ağır silahlardan istifadə edib. Dinc sakinlərə qarşı bu dəhşətli cinayətləri törədənlər əməllərinin cəzasız qalacağına inanırdı. Ancaq unudurdular ki, ədalət var və gec-tez Azərbaycan dövləti, Azərbaycan xalqı bu ədaləti bərqərar edəcək. İllərdir göz yaşları qurumayan Xocalılılar kimi, “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Quliyev də Vaqif Xaçaturyanın saxlanılmasını ədalətin zəfəri kimi qiymətləndirir.

Qeyd edək ki, 23 dekabr 1991-ci ildə Meşəli kəndində Ermənistan hərbi birləşmələri tərəfindən qətliam törədilib. Qətliam zamanı 25 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olub, kənd özü məhv edilib. Vaqif Xaçaturyan Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımını və deportasiyasını həyata keçirən, əli azərbaycanlıların qanına bulaşan silahlı dəstənin üzvlərindən biridir. O, qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. O, sadalanan faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi ilə bağlı axtarışda idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR