İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeş millisi Belçikanı məğlub etdi - VİDEO

882 27.11.2022 19:01 İdman A A

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Musavat.com-un "Report"a istinadla məlumatına görə, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR