İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Əmin Rəsulzadə abidəsi önündə anılır FOTO VİDEO YENİLƏNİR

2169 28.05.2022 10:52 Reportaj A A

Musavat.com-un müxbiri xəbər verir ki, bu dəqiqələrdə Ağ Pariya başqanı Tural Abbaslı və onun əqidədaşları Rəsulzadənin abidəsi önünə gələrək, gül dəstələri qoyublar. Dövlət himnimiz oxunduqdan sonra partiya sədri çıxış edib, Rəsulzadə haqda öz fikirlərini səsləndirib.

****

Bu gün 28 May Müstəqillik günüdür. Adətən bu gün Azərbaycan müxalifət partiyalarının təmsilçiləri Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən abidəsini ziyarət edirlər.

Musavat.com-un müxbiri hazırda M.Ə.Rəsulzadənin abidəsi yerləşən ərazidədir. O bildirir ki, artıq bir sıra müxalifət partiyası təmsilçiləri abidəni ziyarət etməyə başlayıblar. 

Müxbirimiz qeyd edib ki, Xalq Partiyasının başqanı Pənah Hüseyn və onu tərəfdarları Novxanı qəsəbəsinə gələrək öndər Məhəmməd Əmin Rəsulzadənin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar.

Daha sonra M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarixçi-alim Nəsiman Yaqublu və ölkənin digər ziyalı insanları AXC banisinin abidəsini ziyarət ediblər.

Tədbir davam edir. İrəliləyən dəqiqələrdə əlavə məlumat verəcəyik.

Musavat.com
Foto, Video: Alim Liftiyev

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR