İnsanlara hürriyət, millətlərə istiqlal!

Manukyan: Ankara İrəvanla təzyiq dili ilə danışır və yeni güzəştlərdə israrlıdır

667 23.02.2023 18:20 Region A A

“Ermənistanın mövqelərinin zəifləməsi şəraitində Türkiyə ilə dialoqun başlaması səhv olub".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində eyni adlı fraksiyanın üzvü, Daşnaksütyun partiyasından Geqam Manukyan deyib.

“Türkiyə ilə dialoqa ilkin mərhələdə zəif mövqedən başlamaq düzgün deyil, çünki bu, gözlənilməz nəticələrə gətirib çıxarır və biz bu barədə dəfələrlə xəbərdarlıq etmişik. Bununla belə, hakimiyyət “ilkin qeyd-şərtsiz danışıqlar” ifadəsini əsas tutur”, -deyə, o bildirib.

Manukyanın sözlərinə görə, reallıqda Ermənistan Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirib, lakin bu da kifayət etməyib – Ankara yeni şərtlər irəli sürür.

“Türkiyə nə tələb edirdi? O, “erməni” soyqırımının (qondarma-red.) beynəlxalq səviyyədə tanınmasına dövlət dəstəyinin dayandırılmasını tələb edib. Meksika Senatı bu yaxınlarda “Erməni soyqırımını” (qondarma-red.) tanıdı, Nə olsun ki... Hakim elita, Xarici işlər nazirliyi ölü kimi susdu. Səfirliyin məlumatından başqa heç nə yox idi”, - deyə, Manukyan yerli Beşinci telekanalın efirində bildirib.

Manukyan Türkiyənin ikinci tələbinin Ermənistan ordusunun Qarabağdam çıxarılması ilə bağlı olduğunu və bu tələbin də yerinə yetirildyini deyib. Hərbi əməliyyatlar zamanı azad olunmayan ərazilərə də Azərbaycan qoşunları daxil olub.
Manukyan hesab edir ki, indiki şəraitdə Türkiyə Ermənistanla təzyiq dili ilə danışır və yeni birtərəfli güzəştlərdə israrlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR