İnsanlara hürriyət, millətlərə istiqlal!

Malatya belə silkələndi - Güclü ZƏLZƏLƏNİN görüntüləri - VİDEO

6511 11.08.2023 10:17 Hadisə A A

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb", - nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.

***

Bu gün Malatyada baş vermiş zəlzələ nəticəsində indiyə qədər Battalgazi rayonunda 1 tərk edilmiş bina dağılıb.

"Report" xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin NTV-nin canlı yayımına telefonla bağlanaraq bildirib.

"İndiyə qədər Battalgazi rayonunda 1 tərk edilmiş bina dağılıb. Küçədə yoldan keçən bir uşaq ayağını sındırıb. O, xəstəxanaya aparılıb. Bir neçə dəfə eyvandan tullanma faktı var”, - deyə o qeyd edib.

***

Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az "CNN"ə istinadən xəbər verir ki, dağıntı və tələfat barədə məlumat yoxdur. AFAD-dan verilən son məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub.

Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə də hiss edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR