İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron arvadının əvvəllər kişi olması barədə deyilənləri uydurma adlandırıb

2495 10.03.2024 14:46 Dünya A A

Fransa prezidenti Emmanuel Makron Fransanın TF1 telekanalına müsahibəsində ilk dəfə 70 yaşlı həyat yoldaşı Bricitin kişi doğulması və cinsiyyətini dəyişdirməsi ilə bağlı şayiələrə münasibət bildirib.

“Ən pisi yalan məlumatlar və uydurma ssenarilərdir. İnsanlar sonda onlara inanır və sizi, hətta yaxınlarınızı belə təqib edirlər”, - prezident bildirib.

Makron Bricitlə 2007-ci ildə evlənib. Fransa prezidentinin həyat yoldaşının kişi doğulduğunu ilk dəfə 52 yaşlı kəşfiyyatçı Amandin Roy açıqlayıb. Söz-söhbətlər 2022-ci ildə, prezidentin yenidən seçilmək üçün kampaniya apardığı zaman ifrat sağ qüvvələr tərəfindən fəal şəkildə yayılıb. Seçkilərdən sonra onlar sakitləşiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR