İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan İlham Əliyevə: “Bunları qeyd etmək sevindiricidir”

838 10.06.2023 19:36 Siyasət A A

“Sizin (Prezident İlham Əliyev – red.) bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir”.

Musavat.com xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus Prezidenti qeyd edib.

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR