İnsanlara hürriyət, millətlərə istiqlal!

Liparityandan ANONS: Yeni müharibə gözlənir, daha çox itirəcəyik – Deputat Razi Nurullayevlə CANLI

1180 12.05.2023 15:47 Son xəbər A A

Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib.

Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib: “Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?”

O vurğulayıb ki, 44 günlük savaşdan sonra Bakının tələbləri əhəmiyyətli dərəcədə sərtləşib: “Əgər biz 2020-ci ilin yayında masadakı plana razılaşasaydıq, daha az şey itirərdik. Belə məntiqi rəhbər tutaraq, yeni müharibənin ola biləcəyini və daha çoxunu itirəcəyimiz barədə düşünmürsünüzmü? Müqavilə yeni müharibənin olmayacağı ehtimalını 20%-ə çatdıracaq. Əgər onu imzalamasaq, müharibədən qaçmaq olmayacaq.

Bundan başqa, Qarabağ bizim deyil ki, onu kiməsə verək. Biz artıq onu itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını itirdik”.

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlunun “Həftə içi” verilişində qonaq olan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev gündəmi dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR