İnsanlara hürriyət, millətlərə istiqlal!

Liftdə qalan uşaqlar belə çıxarıldı- Video

483 13.08.2023 15:47 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR