İnsanlara hürriyət, millətlərə istiqlal!

Lent.az yeni layihəsini istifadəyə verdi – AVTO.LENT.AZ!

1086 26.11.2014 17:29 Son xəbər A A
Avto.lent.az-da hər kəs öz elanını pulsuz yerləşdirə bilər 

Lent.az portalı özünü yeni layihəsini - avto.lent.az saytını istifadəçilərin ixtiyarına verib.
 
Yeni sayt avtomobil dünyasında baş verən yeniliklər, müasir texnologiyalar, bu sənayeyə dair maarifləndirici məlumatlarla yanaşı avto-nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı elanları da təqdim edəcək.
 
Avto.lent.az saytında Azərbaycanın avtomobil bazarında baş verən yeniliklər, son modellər, ehtiyat hissələri, dünya ölkələrinin avtomobil nəqliyyatı ilə bağlı təcrübəsi və s. barədə əhatəli informasiyalar və maraqlı araşdırmalar da əldə etmək mümkün olacaq.
 
Saytda həmçinin məşhurların avtomobil hobbisi ilə bağlı xəbərlər və reportajlar da olacaq.
 
Avto.lent.az-da hər kəs öz elanını pulsuz yerləşdirə bilər. Burada avtomobil satışı bildirişləri ilə yanaşı, hər kəs axtardığı model və ya ehtiyat hissəsi ilə bağlı elan verə bilər.
 
Qeyd edək ki, Lent.az portalının news.lent.az saytı ilə yanaşı kulis.az və ailem.az layihələri də fəaliyyət göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR