İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: ABŞ-ın QHT-ləri post-sovet məkanında...

435 27.11.2023 18:07 Dünya A A

Qeyri-hökumət təşkilatlarını (QHT) təsir aləti kimi istifadə edən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə bərqərar etməyə çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün, noyabrın 27-də Primakov forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar minlərlə qeyri-hökumət təşkilatı yaradıb ki, onlardan yüzlərləsi postsovet məkanında xüsusən Ermənistanda fəaliyyət göstərir.

Lavrovun bildirdiyinə əsasən, ABŞ onları digər Mərkəzi Asiya ölkələrinə də fəal şəkildə tanıtmağa çalışır. Rusiya XİN-in fikrincə, bu təşkilatları qeyri-hökumət adlandırmaq da çətindir.

"Bu fondlar ABŞ bürokratiyasının bir hissəsi olan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə 90% maliyyələşir və büdcədən pul alırlar”, - deyə nazir vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR