İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT ölkələrinin müdafiə nazirləri Almatıda görüşəcək

434 28.05.2024 14:56 Dünya A A

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları mayın 30-31-də Almatıda regional çağırışlar və təhdidləri müzakirə edəcəklər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tədbir Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir. İştirakçılar KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırış və təhdidləri, təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə edəcəklər”, - deyə Müdafiə Nazirliyi qeyd edib.

Departament daha əvvəl məlumat vermişdi ki, çərşənbə axşamı Qazaxıstana səfər edən Belarusun müdafiə naziri Viktor Xrenin çərşənbə günü Astanada bu ölkənin hərbi idarəsinin rəisi Ruslan Jaksılıkovla danışıqlar aparacaq və bu danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, KTMT-nin 6 üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Ancaq Ermənistan son illərdə bu hərbi təşkilatın toplantılarında və təlimlərində iştirak etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR