İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımı vuran görünməmiş qasırğa - dağıntıların miqyası müdhişdir

1079 27.11.2023 15:15 Dünya A A

Krım yarımadasını vuran qasırğa dağıntıların miqyasına görə görünməmiş kimi tanınıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 27-də respublika başçısının müşaviri Oleq Kryuçkov məlumat verib.

Onun sözlərinə görə, indiyədək belə miqyasda dağıntı olmayıb.

“Hazırda biz dəymiş ziyanı qiymətləndiririk, lakin çox böyükdür. Krımda heç vaxt belə hal olmayıb. 2007-ci ildə Kerçdə yerli olaraq oxşar hadisə baş vermişdi, lakin bu gecə baş verənlər bütün Krım üçün böyük faciədir”, - Oleq Kryuçkov bildirib.

Xatırladaq ki, fırtına Krımı noyabrın 26-da axşam saatlarında vurub. Pis havanın əsas zirvəsi saat 21.00-dan gecə yarısına qədər baş verib. Küləyin sürəti saatda 144 kilometr və ya saniyədə 40 metrə çatıb.

Fırtına nəticəsində ölənlər var. Yevpatoriyada 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi tibb müəssisəsinə yerləşdirilib. Sevastopoldakı akvarium muzeyinin 500-dən çox canlısının öldüyü də bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR