İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: Parisin koalisiya yaratmaq cəhdləri gərginliyi artırır

451 11.03.2024 14:04 Siyasət A A

Fransanın Ukraynaya qoşun göndərməyə hazır olanlardan ibarət koalisiya yaratmağa çalışması gərginliyin artması üçün birbaşa xətdir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təbii ki, ümumiyyətlə, müzakirələrin genişlənməsi və Parisin israrlı fəaliyyəti, əlbəttə ki, gərginliyi artırmaq üçün birbaşa xətdən başqa bir şey deyil. Bu çox təhlükəlidir və təbii ki, potensial olaraq arzuolunmaz nəticələrə səbəb ola bilər”, - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əsas problem hazırda məsələ ilə bağlı konsensusun olmamasıdır.

Bir sıra NATO ölkələri, xüsusən Almaniya, Çexiya, Bolqarıstan, Polşa, İspaniya və İtaliya bu fikrə qarşı çıxıb. Eyni zamanda Litva, Latviya və Estoniya kimi ölkələr bu ehtimalı nəzərdən keçirə biləcəklərini bəyan ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR