İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstantin Zatulin Paşinyanın vəzifədə qalmasında əsas səbəb olaraq bunu göstərdi

727 27.05.2024 15:05 Dünya A A

“Mənə elə gəlir ki, Ermənistanda  bundan sonra hər şey, etirazçıların sona qədər getməyə hazır olmasından, hüquq-mühafizə orqanlarının Paşinyanın nə qədər arxasında durmasından asılı olacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən “Qovorit Moskva” radiostansiyası ilə söhbətində səslənib.

“Proses belə davam edərsə onların bu qədər möhkəm olacağına əmin deyiləm. Bütün bunlar Azərbaycanın Ermənistan üzərində ciddi təsir etməsindən irəli gəlir. Paşinyanın vəzifədə qalmasının əsas səbəbi onun devrilməsinin Ermənistanın qorxduğu və istəmədiyi yeni müharibəyə gətirib çıxara biləcəyi qorxusudur. Onunla razılaşmayanları saxlayan da budur. Bu gün onun reytinqləri qeyri-adi dərəcədə aşağı səviyyəyə düşüb. O, artıq müxalifətdən fərqli olaraq öz dəstəyinə heç bir mitinqçi kütlə toplaya bilmir”,-deyə Zatulin iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR