İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş milli futbolçular deputat seçildilər

987 15.05.2023 15:32 Son xəbər A A

Türkiyədə keçmiş milli futbolçular Alpay Özalan AK partiyadan, Saffet Sancaklı MHP-dən, Ünal Karaman isə İYİ Partiyadan millət vəkili seçiliblər.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bəzi idmançılar isə seçkilərdə qalib gəlməyiblər.

AK partiyanın Antalyadan namizədi, keçmiş futbol hakimi Kuddusi Müftüoğlu, İYİ partiyasının Hataydan namizədi, keçmiş milli futbolçu Gökhan Zan, CHP-nin Ankaradan millət vəkili namizədi milli taekvondoçu İrem Yaman parlamentə daxil ola bilməyiblər.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.

Səsvermə bülletenlərinin 99,37%-i sayılıb . Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR