İnsanlara hürriyət, millətlərə istiqlal!

"KAMRANLA 1" - Mirmahmud Mirəlioğlu Kamran Həsənli ilə canlı efirdə

861 19.05.2022 15:16 Gündəm A A

"Biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq. Bu balans siyasətində, şübhəsiz ki, cənab Putin və ya cənab Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişəm və bundan sonrakı prosesdə də buna davam edəcəyik. Çünki yeni dünya müharibəsinin başlamasının nə bölgəmizə bir faydası var, nə də dünyaya”, - Ərdoğan bildirib.

Türkiyənin günə damğa vuran həmləsi, İsveç və Finlandiya ilə bağlı Ərdoğanın sərt təpkisi nəyə gətirib çıxaracaq? Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi nədən xəbər verir?

Bu və gündəmdəki digər sualları bu gün tanınmış teleaparıcı Kamran Həsənli Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR