İnsanlara hürriyət, millətlərə istiqlal!

Kafedə dostları ilə çay içdiyi yerdə kürəyindən güllələndi - Anbaan VİDEO - FOTO

1654 02.08.2023 15:49 Kriminal A A

Türkiyənin Sakarya bölgəsində Hakan Mutlu adlı şəxs dostları ilə çay içdiyi yerdə başına bədbəxt hadisə gəlib.

Musavat.com Milli.Az-a istinadla bildirir ki, 3 dostu ilə kafedə çay içən kişin kimin tərəfdən atəş açıldığı bəlli olmayan güllə yarası alıb. Havaya açılan silahdan çıxan güllə, yerə düşərkən sürət yığıb və bədbəxtlikdən Hakan Mutlunun kürək nahiyəsinə dəyib. Hadisə yerinə təcili yardım maşınları cəlb olunaraq yaralı xəstəxanaya çatdırılıb və ilk yardım göstərilib.

"Yaralanmazdan əvvəl 7-8 dəfə atəş səsi eşitdim, əvvəlcə elə bildim nəsə həşarat dişlədi, sonradan başa düşdüm ki, güllədir. Yaxşı ki, biraz əyilmiş vəziyyətdə oturmuşdum, dik dursaydım indi vəziyyətim başqa cür ola bilərdir. Düzdür danışa bilirəm, amma çəkdiyim ağrını təsəvvür belə edə bilməzsiniz. İki gündür yüksək hərarət və şiddətli ağrıdan əziyyət çəkirəm. Atışlar insanların yaşadığı yerdən uzaqda, poliqonlarda həyata keçirilməlidir." deyə zərərçəkən bildirib.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR