İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən məktəbli qızlar GÖRÜN HARDA TAPILDI - FOTO

2307 13.02.2024 11:41 Kriminal A A

Abşeronda itkin düşən iki məktəbli qız tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Qeyd olunub ki, dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu il təvəllüdlü iki məktəblinin itkin düşməsi barədə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarış elan edilib.

"Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur", - məlumatda vurğulanıb.

***

Abşeronda 2 məktəbli qız itkin düşüb.

Hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.//report

1707798208_0a2bff8e-b192-3977-80ca-ea26595b4306.jpg (117 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR