İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Rusiyanın qaz asılılığından 80 faiz azad olub

519 10.10.2023 20:04 İqtisadiyyat A A

İtaliya Rusiyanın qaz asılılığından demək olar ki, 80 faiz azad olub.

Musavat.com xəbər verir ki, bu barədə açıqlamanı “Eni” şirkətinin rəhbəri Klaudio Deskalzi verib.

Onun sözlərinə görə, 2024-2025-ci illərdə İtraliyanın Rusiya qazından asılılığı sıfıra enidiriləcək.

Descalzinin fikrincə, bazarda qiymətlərin “sabitliyi” o zaman əldə ediləcək ki, “Rusiya qazından asılılıq tamamən aradan qaldırılacaq, reqazifikasiya qurğuları tələbatı tam təmin edəcək, ABŞ, Norveç və Şərqdəki satıcılarla zəruri ehtiyaclar həcmində müqavilələr imzalanacaq.

Ukraynada xüsusi əməliyyat başlayandan sonra İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya qazından tamamilə imtina edəcəyini açıqlayıb. 2022-ci ilin oktyabrında hakimiyyətə gələn hazırkı İtaliya hökuməti bu məqsədi təsdiqləyib. Ukrayna böhranından əvvəl ölkənin qaz təminatının 40 faizi Rusiyadan reallaşırdı.

Qeyd edək ki, İtaliyanın qaz təminatında Azərbaycanın payı artır. 2022-ci ildə İtaliyaya 8,2 milyard kubmetr qaz satılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR