İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədə verilən qərar neft bazarını silkələdi

1533 22.06.2026 08:24 İqtisadiyyat A A

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında ciddi irəliləyişin əldə olunması dünya neft bazarında qiymətlərə təsir edir.

Musavat.com xəbər verir ki, danışıqlar nəticəsində İranın neft ixracına tətbiq edilən sanksiyaların aradan qaldırılması, həmçinin Hörmüz boğazından təhlükəsiz keçidin bərpası üçün qrupun yaradılması qərara alınıb.

Həftənin ilk hərraclarında bu xəbərlər fonunda neft qiymətləri düşməyə başlayıb. Belə ki, Londonun ICE birjasında Brent markalı neft 1,20 dollar ucuzlaşmaqla 79,5 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI nefti isə 75,8 dollara ticarət olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR