İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun 50 günlük su ehtiyatı qalıb

897 03.11.2023 01:17 Dünya A A

Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.

Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.

Qeyd edək ki, 18,07% - 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.

16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR