İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda fabrikdə güclü yanğın: Partlayışlar eşidilir

407 18.06.2024 16:04 Hadisə A A

İstanbulda (Türkiyə) Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikində dəhşətli yanğın başlayıb.

Hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik, müəyyənləşdirilməyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR