İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin hücumlarının arxasındakı SİRR: "Davud dəhlizi" yaradılır, BU ÖLKƏ parçalanacaq

1602 01.11.2023 12:28 Dünya A A

HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyat İsrailin bölgədəki təhlükəsizlik planlarını yenidən gündəmə daşıyıb. İsrailin Suriyaya həm havadan, həm də qurudan hücumu yeni dəhliz iddiasını ağıllara gətirib.

Suriyanın şimalında terror təşkilatı PYD/YPG-yə qeyri-məhdud dəstək verilib və Amerika bölgədə mövqe tutub. Səhnəyə qoyulan tamaşanın qondarma bəhanəsi isə "İŞİD-lə mübarizə"dir... Halbuki pərdə arxasında İsrailin təhlükəsizliyi dayanır.

Mövzunu dəyərləndirən təqaüdçü briqada generalı, professor doktor Fahri Erenel, "Əslində biz həmişə Amerikadan danışırıq. PKK və YPG-yə İsrailin ciddi kəşfiyyat məlumatları verməsi və yaralılarını müalicə etməsini heç vaxt gözdən qaçırmamalıyıq. Yəni Yaxın Şərqdə Amerika varsa, İsrailsiz Amerika, Amerikasız İsrail yoxdur. Bu, göz önündə də ola bilər, görünməyən şəkildə də", - deyə açıqlayıb.

Uzun illərdən bəri davam edən bu hazırlığın "Davud dəhlizi" üçün edildiyi iddia edilir. Əgər həyata keçirilsə, Suriya həm şimaldan, həm də cənubdan parçalanacaq.

İsrail 8 ildir Suriyaya havadan və qurudan davamlı hücumlar edir. Colanddan başlayan dəhlizin Süveyda, Tənəf və Homsdan keçərək Deyr əz-Zövrə çatması nəzərdə tutulur. Beləliklə, terror təşkilatı YPG-nin nəzarətində olan bölgə birbaşa Təl-Əvivə bağlanacaq.

"Türkiyənin Suriya siyasəti isə çox açıqdır. Bu çərçivədə terrorla mübarizə sərhəddən kənarda da davam edir. Biz cənub sərhədimizdə terror dəhlizinin yaradılmasına və ya İraqın şimalında yeni terror yuvalarının yaradılmasına imkan verməyəcəyik.

Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi əməliyyatlar məqsədinə nail olub. Terror təşkilatının Aralıq dənizinə çatma ehtimalı aradan qaldırılıb", - general əlavə edib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR