İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən əsirlərlə bağlı VACİB AÇIQLAMA

590 25.11.2023 15:41 Dünya A A

Qəzza zolağında 200-dən çox adam HƏMAS tərəfindən əsir götürülüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Doron Şpilman "X" sosial şəbəkəsində bildirib.

"Hazırda Qəzzada 215-ə yaxın girov var", - deyə o yazıb.

Şpilman əlavə edib ki, İsrail hökumətində girovların vəziyyəti barədə məlumat yoxdur. 

Qeyd edək ki, bir gün əvvəl, müvəqqəti atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Əldə olunan razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR