İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə avtomobil atəşə tutulub, bir nəfər ölüb

409 02.11.2023 15:54 Dünya A A

İsrailin şərqində Tul-Karem şəhərində avtomobilin atəşə tutulması nəticəsində 35 yaşlı kişi ölüb.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, atəşə tutulan avtomobil İsrail qeydiyyat nişanlı olub.

Təcili tibbi yardım xidmətindən verilən məlumata görə, avtomobilə Beyt Lid kəsişməsi yaxınlığında atəş açılıb. Bundan sonra avtomobil aşıb. Hadisə nəticəsində 35 yaşlı kişi xəsarət alıb. O aldığı xəsarətdən ölüb.

Hadisənin səbəbi, şəraiti barədə məlumat verilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR