İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail yatağında hasilat dayandı, Avropada qiymətlər kəskin bahalaşdı

957 10.10.2023 11:41 İqtisadiyyat A A

Avropa İttifaqının qaz ehtiyatları 97 faizə çatıb.

Musavat.com “Gas Infrastructure Europe”ə (GIE) istinadən xəbər verir ki, oktyabrın 8-də anbarlardan 26 milyon kubmetr qaz götürülüb, 171 milyon kubmetr vurulub.

Hazırda Avropanın anbarları son 5 ildə bu tarix üçün orta göstəricidən 8,34 faiz doludur, onlarda 106,67 milyard kubmetr qaz var. Avropanın qaz şəbəkəsinə LNG daxilolmaları demək olar ki, 2 ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda maye qaz terminalları cəmi 42 faiz güclə işləyir. Oktyabr ayının ötən dövrü ərzində külək enerjisinin Aİ elektrik enerjisi istehsalında payı kəskin şəkildə artaraq 19 faizə yüksəlib.

Buna baxmayaraq, həftənin əvvəlində Avropada birjada qazın qiyməti avqust ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb. Buna “Chevron” şirkətinin Avstraliyadakı LNG zavodlarında işçilərin tətilinin tezliklə bərpası və İsraildəki “Tamar” qaz yatağında hasilatın dayandırılması ilə bağlı xəbərlər səbəb olub. Sentyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 417 dollar, oktyabrın ötən dövründə isə 412 dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR