İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail XİN: “Girovluqdan azad edilən əcnəbilərin reabilitasiyasına başlanılıb”

373 25.11.2023 12:17 Dünya A A

“Girovluqdan azad edilən xarici vətəndaşların reabilitasiyası ilə bağlı proqrama start verilib”.

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, israilli həkim, psixoloq və sosial işçilər qrupu əcnəbilərin fiziki və psixi vəziyyətini qiymətləndirmək üçün bir sıra testlər keçirəcək.

Xatırladaq ki, ötən gün HƏMAS 13 israilli, 10 tailandlı və 1 filippinlini azad edib.

Qeyd edək ki, İsrail və HƏMAS arasındakı müvəqqəti humanitar atəşkəsə əsasən, İsrail qaytarılan hər girov üçün üç fələstinli məhbusu azad etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR