İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail təhlükəsiz bölgəni bombaladı: “Bu, yeni cinayətdir”

480 27.05.2024 18:57 Dünya A A

İsrail ordusu gecə Rafahda köçkün fələstinlilərin qaldığı düşərgəni bombalayıb.

Hava hücumu nəticəsində azı 50 nəfər ölüb.

Bununla bağlı Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell İsraili Beynəlxalq Ədalət Məhkəməsinə məhəl qoymamaqda və Qəzzanın cənubunda hərbi əməliyyatı dayandırmaq əmri verildiyini halda hərbi əməliyyatı davam etdirməkdə ittiham edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, ABŞ İsrailin Rafaha hücumu ilə bağlı məsələdən xəbərdardır və bu məsələ ilə bağlı daha çox məlumat toplayır.

Misir və Qətər XİN-lər İsrailin Rafahda azı 50 nəfərin ölümünə səbəb olmasını sərt şəkildə tənqid edib.

Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbul Qeyt də İsrailin hərəkətlərini tənqid etməyə qoşulub: “Təəssüf ki, İsrailin Fələstin xalqına qarşı hərbi cinayətləri davam edir, Rafah bölgəsində məcburi köçkünlər üçün düşərgənin atəşə tutulması yeni cinayətdir və beynəlxalq məhkəmələrdə nəzərdən keçirilməlidir”./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR