İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail - HƏMAS müharibəsi ilə bağlı YENİ və SENSASİON FAKTLAR

1561 26.11.2023 08:30 Dünya A A

İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına 40 min ton, yəni İkinci Dünya müharibəsində Xirosimaya atılan bombanın gücündən 2,5 dəfə çox bomba atdığı bildirilir. 

Musavat.com xəbər verir ki, bundan sonra Qəzzada həyatın necə davam edəcəyi barədə böyük narahatlıqlar var.

Bildirilir ki, humanitar fasilə ilə bölgədəki dağıntılar daha aydın şəkildə ortaya çıxıb. Xüsusilə Qəzza zolağının şimal hissəsində zərər görməyən mülki yaşayış məntəqələri, məscidlər, məktəb və xəstəxanalar tapmaq demək olar ki, mümkün deyil.

Londonda fəaliyyət göstərən müharibə müşahidəçisi Airwars şirkətinin direktoru Emili Tripp İsrailin Qəzzanı hədəf alan bombardmanının İkinci Dünya müharibəsindən bəri ən intensiv hava hücumlarından biri olduğunu vurğulayır, ekspertlər isə Qəzzalılara şimala qayıtdıqdan sonra tapacaqları heç bir şey qalmadığını bildirir.

Dağılmış binaların altında hələ də cəsədlərin olduğu məlumdur. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2,2 milyon insanın yaşadığı Qəzza zolağında 1,7 milyon insan evsiz qalıb.

Digər tərəfdən, İsrail ordusunun nəzarətində olduğunu iddia etdiyi Qəzza zolağının şimal hissəsindən sonra quru əməliyyatını cənuba doğru genişləndirəcəyi ilə bağlı narahatlıqlar var.

Beynəlxalq təşkilatlar bildirirlər ki, təhlükəsiz olduğu üçün şimaldan cənuba evakuasiya edilənlər də daxil olmaqla, 2 milyona yaxın insanın həyat uğrunda mübarizə apardığı bölgədə quru əməliyyatının nəticələri çox ağır ola bilər.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR