İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bunu edərsə, HƏMAS atəşkəs razılaşmasının şərtlərinə ƏMƏL EDƏCƏK

441 24.11.2023 17:23 Dünya A A

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin də eyni addımı atacağı təqdirdə atəşkəs razılaşmasının prinsiplərinə əməl edəcək.

Musavat.com xəbər verir ki, bu sözləri hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin “Əl-Cəzirə” telekanalında deyib.

"İsrail hörmət etdiyi müddətcə atəşkəs razılaşmasını yerinə yetirmək öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində Misir və Qətər razılaşmanın əldə olunması üçün diplomatik sahədə çox böyük səylər göstərib:

"Biz öz tərəfimizdən bu iki ölkəyə dərin təşəkkürümüzü bildiririk və onlarla əməkdaşlığı davam etdirməyə hazırıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR