İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bu gün 30 fələstinli məhbusu azad edəcək

346 29.11.2023 02:54 Dünya A A

İsrail tərəfi Qəzza zolağında humanitar atəşkəsə dair radikal HƏMAS hərəkatı ilə əldə olunan razılaşma çərçivəsində çərşənbə axşamı (28 noyabr – Qeyd) günü 30 fələstinli məhbusu azad edəcək.

“Report”un məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, humanitar atəşkəs sazişinin beşinci günündə götürülmüş öhdəliklərin yerinə yetirilməsi çərçivəsində Qəzzada saxlanılan 10 israilli girovun azad edilməsi müqabilində 30 mülki fələstinli bu gün azad ediləcək.

Azad ediləcək fələstinli məhbusların beşinci qrupuna 15 qadın, o cümlədən 15 uşaq və yeniyetmə daxildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR