İnsanlara hürriyət, millətlərə istiqlal!

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

2119 12.04.2026 17:58 Dünya A A

Türkiyəli jurnalist Çetiner Çetin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən danışıqlar zamanı tərəflərin az qala əlbəyaxa dava edəcəklərini iddia edib.

Musavat.com xəbər verir ki, tərəflər arasında kəskin münaqişə Hörmüz boğazı ətrafındakı vəziyyətə görə yaranıb.

Məlumata görə, Uitkoff "boğazın istənilən şəraitdə açılmalı olduğunu" sərt şəkildə bəyan edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə cavabında Tehranın danışıqlar masasında olduğunu və "heç bir əmri dinləmədiyini" vurğulayıb.

O həmçinin qeyd edib ki, ABŞ-nin boğazı açmaq üçün 40 gün vaxtı var idi, lakin indi "onlar boğazı bir dəqiqə belə aça bilməyəcəklər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR