İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan təxribatçı keşişə sərt təpki: “Bu yalançı dindar və cəllad...”

833 06.05.2024 17:50 Region A A

Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan Tavuşdan İrəvana yürüş edən keşiş Baqrat Qalstanyanı “yalançı dindar” adlandırıb.

O bu barədə Feysbuk səhifəsində yazıb.

Ağazaryan ad çəkməsə də, Qalstanyanın arxasınca İrəvana apardığı insanların cəlladı rolunda çıxış etdiyini də bildirib:

“Həmişə inkvizisiyaya məruz qalanlara həsəd aparmışam, çünki onların mavi gözlərinin dərinliyində yalançı təqvası olan cəlladlarından fərqli olaraq, baxışları dəyər sistemi və ideyalarına inam saçırdı”.

Deputat revanşist və şarlatan keşişin arxasına düşənlərin ona kor-koranə inandıqlarını vurğulayıb.

Baqrat Qalstanyan mayın 4-də bir qrup etirazçı ilə Tavuşdan İrəvana yürüşə başlayıb. Təxribatçı aksiya sərhədin delimitasiyası və bu çərçivədə 4 kəndin qanuni sahibinə - Azərbaycana qaytarılmasına etiraz məqsədilə təşkil edilib. Təxribatçılar İrəvana mayın 9-da çatmalıdır./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR