İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan iddialı açıqlama - Ermənistanın peyki sərhədlərin demarkasiyasını izləyəcək?

554 04.06.2022 10:40 Hadisə A A

Hərbi ekspert: “Ermənilərin əzəli dostu Fransa bu işdə aktiv iştirak edəcək...”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “CivilNet”ə müsahibəsində deyib ki, peyklə demarkasiya prosesi izlənəcək. Onun sözlərinə görə, peykdən alınan informasiyaları təhlil edəcək komandaya da “Satlantis” təlim keçəcək.

Qriqoryan Ermənistanın ilk peykinin imkanlarının “orta səviyyədən yuxarı olduğunu da açıqlayıb: ”Bu, ilk addımdır. Kim bunun bizim bütün problemlərimizi həll edəcəyini düşünürsə, məyus olacaq. Düzdür, peykin imkanları ortadan yuxarıdır, ancaq bu bizə çoxsaylı məsələləri həll etməyə imkan verəcək - kənd təsərrüfatından demarkasiya prosesinə qədər. Peyk demarkasiya prosesində istifadə olunacaq. O, digər peyklərdə olmayan keyfiyyətlərə malikdir".

Ermənistanın Baş naziri Nikol Paşinyan 26 mayda verdiyi açıqlamada da 25 may tarixində ölkənin ilk peykinin kosmosa çıxarıldığını açıqlamışdı. O bildirmişdi ki, bu, Ermənistanın “Geokosmos” və İspaniyanın “Satlantis” şirkətləri arasında əməkdaşlıq nəticəsində mümkün olub. Peyk “SpaceX” şirkətinin gəmisi ilə göndərilib. Erməni mütəxəssislər isə buna şübhə etmiş, peykin ən yaxşı halda kirayə götürüldüyünü bildirmişdilər. Çünki peyk üçün 200-250 milyon dollar, üstəlik, Beynəlxalq Telekommunikasiya İttifaqı üzvlərinin (o cümlədən Azərbaycanın) razılığı lazımdır.

Erməni ekspertlərin sözlərinə görə, kirayə götürülən peykin imkanları da çox azdır.

Fərhad Mehdiyev: “Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir  mənbəyini açıqlamalıdır”

Fərhad Mehdiyev 

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bunun müşahidə peyki olmasına diqqət çəkərək, Ermənistanın Azərbaycanın hərbi obyektlərini izləmək üçün bundan istifadə edə biləcəyini bildirib. Erməni kartoqraf və coğrafiyaşünas Ruben Qaliçyan isə hesab edir ki, demarkasiya komissiyasında mütləq bitərəf ölkənin nümayəndəsi olmalıdır: “Bu, Rusiya olmamalıdır. Rusiya ola bilər, amma ən azı dördüncü ölkənin nümayəndəsi orada olmalıdır ki, baş verənləri izləyə bilsin”.

Bəs, Ermənistan sərhədlərin dəqiqləşdirilməsində peykdən necə istifadə edəcək? Belə bir imkan varmı və mümkündürmü? Azərbaycan da peykdən bu texniki prosesi müşahidə edə bilərmi?

Ermənilərin törətdiyi təxribat siyasi məqsəd daşıyır' — Ramil Məmmədli

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, söhbət Ermənistanın elmi-texnoloji imkanlarının yüksək olmasından getmir: “Məsələ Ermənistanın müttəfiqləri ilə birlikdə hərəkət etməsidir. Fransa bu işləri həyata keçirəcək və erməni peykinin səmaya qaldırılması təəccüblü deyil. Sadəcə, Ermənistan bu imkandan hərbi məqsədlər üçün istifadə edə bilər. Ən azı görünüş imkanı olan əraziləri müşahidə edəcək”.

Hərbi ekspert qeyd etdi ki, bu peyklərin əsas tapşırıqları hərbi təyinatlıdır və Ermənistanın Azərbaycanın sərhəd zonasında infrastrukturlarını görmək imkanı olacaq: “Demarkasiya işlərində peyklərin 70 faizi hərbi məqsədlər üçün istifadə edilir. Ancaq Ermənistanın ”əzəli dostu" Fransa bu işdə aktiv iştirak edəcək. Böyük təcrübəsi olan fransız şirkətləri də lazımi dəstəyi göstərəcəklər. Bununla da Ermənistan bu sahədə Rusiyadan asılılığını azaltmış olacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR