İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda azərbaycanlı toyu və əsl genosidin şəkli

4131 17.01.2023 17:00 Yazarlar A A

Erməniçilik sağalmaz bir xəstəlikdir. Artıq bu, isbata ehtiyacı olmayan aksimadır. Əsr dəyişdi, yeni-yeni planetlər kəşf olundu, ağlasığmaz texnoloji yeniliklər ortaya qoyuldu, daha nələr-nələr, amma ermənilər dəyişmədi ki, dəyişmədi.

Erməninin Ermənistandakı alimi də xəstəliyə mübtəla olub, Amerikanı “fəth” edən Kardaşyanı da, Avropa futboluna transfer olunmuş Mxitaryanı da...Sonuncunun “xəritə” oyunbazlığı – Qarabağı “Ermənistan” kimi göstərməsi - bir daha onun bu xəstəliklə gor evinə gedəcəyinin sübutudur. Bir neçə il Bakıda keçirilən matçda iştirakdan imtina ilə “stəkanda fırtına” qopartmağa çalışmışdı. “Ən qədim peşə” sahibindən tutmuş, ən müasirlərinədək hamısı eyni yolun yolçularıdır, bunlarla işimiz çox çətin olacaq. Yəni deyirik e, birgəyaşayış, əbədi qonşuluq, daha nə, amma heç düşmənimə də belə tale arzulamıram...

Ötən əsrin əvvəlindən saxta bir şouya başlayıblar, “genosid” olunubmuşlar, dünyanın xəbəri olmayıb. Demə, bunlar “genosid” oluna-oluna artırmışlar, Qafqazlarda bir neçə minlik erməninin sayının bir neçə milyonadək artması “soyqırımı”n “müasir forması”ymış, alimlər kəşfdə gecikiblər. Yaxud Avropanı, Amerikanı bürüyüblər, Fransada yarım milyonu, ABŞ-da bir milyonu keçiblər. Hələ Rusiyadakı 2-3 milyonu, digər ölkələri demirəm, Sidneyə qədər yayılıblar, “genosid”in “qüdrəti”nə baxın da...

Qaraçılar bağışlasın, bəzən onlara tay tutulur hay tayfası. Amma normalda qaraçıların dövlət sahibi olması daha məntiqli olardı və onların buna daha çox haqqı çatırdı, nəinki ermənilərin. Düzdür, ikisi də yığıcılığa meyillidir. Amma biri yığıb ailə-uşağını yaşadır, qəsdə, terrora xərcləmir topladığı vəsaiti, hay tayfası isə bir əsrdən çoxdur dünya boyunca yığdığı ianələri, diləndiyi vəsaitləri terrora xərcləyir, qonşu ölkələrə qarşı qəsdlərə yönəldir, uşaq, qadın, qocalara belə aman vermir...

f552b28e-8364-49d8-87de-4af09bf109b6.jpg (272 KB)

Azərbaycanın tarixi ərazilərində “hazırca kökə”-dövlət tapan bu hay yığını xaricdəki havadarlarından, türk düşmənlərindən aldıqları dəstək, silah-sursat hesabına böyük bir coğrafiyada gerçək soyqırım törədiblər. Osmanlıya bata bilmədikdə, üzlərini bu tərəflərə yönəldiblər, Urmiyadan, Xoydan, Mərənddən tutmuş, Göyçay, Quba, Şamaxı, Bakı, Neftçalaya, Göyçə-Zəngəzura, İrəvana, Dərələyəzə, Vedibasaradək...hər yerdə qarşılarına keçən türkü qətlə yetiriblər, kimsəyə aman verməyiblər. Bircə arqument bu saxtakar tayfanın iddialarını arl-üst etmək üçün yetərlidir: Ermənistana paytaxt kimi verilən İrəvanı 76-80 faizlik azərbaycanlı əhalisi olan şəhərdən TÜRKSÜZ ŞƏHƏRə çeviriblər, deyirlər ermənilər “soyqırım”a məruz qalıb. Amma yox, ermənilərdən “maşa” kimi istifadə edən paytaxtlara həqiqəti bilmək sərfəli deyil, nəinki Türkiyə arxivlərində, hətta ABŞ-ın özündə belə, tarixin gerçək üzünə dair arxiv sənədləri ortaya qoyulsa belə, ABŞ saxta “erməni soyqırımı”nı tanıyıb, Fransa isə hətta “soyqırım inkar qanunu”nu da qəbul edib. Belə ədalətsiz dünya yəni! “İlana zəhər verən kərtənkələ”lər misalı...

 Sosial şəbəkədəki dostlardan biri paylaşım edib: İrəvanda azərbaycanlı toyu. Tarix: 12.07.1980. Soydaşlarımızın öz şəhərlərində, İrəvan xanlığının mərkəzində qayğısız günlərindən birini əks etdirən unikal kadrlardır. Toy mərasimində qol qaldırıb milli mahnılarımıza oynayan azərbaycanlı xanımlar, bəylər, uşaqlar... “Vağzalı” sədaları altında İrəvan küçələri ilə şütüyən bəy-gəlin maşınının önündə gəlincik...Tam bir azərbaycanlı ab-havası...

Cəmi 8-9 il sonra “qan çanağı”na döndərilmiş İrəvanın “Teatr meydanı”na gəlir toy karvanı, sonra bəy-gəlin – Əsəd və Gülçohrə hansısa abidənin qarşısına gül dəstəsi qoyurlar. Möhtəşəm anlardır. Bu toya baxanda kimsə zənn eləməz ki, artıq ermənilərin çoxluq təşkil etdiyi şəhərdə baş verir bütün bunlar....Nə biləydik ki, ermənilər xain plan üzərində işləyirmişlər, azərbaycanlılara “toy tutmağa” hazırlaşırmışlar. Təkcə İrəvan, Göyçə, Zəngəzurda deyil, həm də Şuşada “dağlarda toy” əməliyyatı keçirdilər, bizi 28 il yarım qala şəhərimizə həsrət qoydular. O gün efirdə başqa bir kadrlar gördüm, Göyçə-Zəngəzur bölgəsindəki azərbaycanlı kəndlərinin darmadağın edilmiş qəbristanlığından çəkilmişdi. 1905-1979-cu illərdə yaşamış Veyis Əhməd oğlu Musayevin başdaşı qırımış halda yerə sərilmişdi...Qəbirlərimizə qarşı da amansız davrandılar, tariximizi yer üzündən silməyə çalışdılar, toponimlərimizi dəyişdilər, mədəni irsimizi yox etdilər...Əsl genosidin şəklidir həmin qırılmış başdaşı...

Azərbaycanlıların tarixi torpaqlarının böyük bir hissəsini ələ keçirən ermənilər bir əsrdə 4 dəfə soyqırım-deportasiya həyata keçirdilər. Son iki əsrdə ümumilikdə 5 milyona yaxın azərbaycanlı deportasiyaya, soyqırıma məruz qoyulub. Soydaşlarımızın bir hissəsi bugünki Azərbaycana təşrif gətiribsə, yaxud qovulubsa, digər hissələri İğdır tərəfə, qalan hissəsi Gürcüstana, Naxçıvan bölgəsinə qaçıb, canını qurtarmaq üçün. Xəstəlikdən, aclıqdan yollarda nə qədər ölənlər olub, nə qədər öldürülənlər, diri-diri torpağa gömülənlər...Yəni Azərbaycanlıların soyqırımı təkcə 1918-ci ilin 31 martı ilə yekunlaşmayıb ki...

b2fa8481-3fa6-41a1-8dea-570e52d64034.jpg (273 KB)

Bu gün ermənilər və onların havadarları Laçın yolunda terrora, qəsdə, xəyanətə qarşı dinc etiraz edən azərbaycanlıları “soyqırım”da ittiham edirlər. Baxmayaraq ki, 36 gün ərzində bir erməninin burnu qanamayıb bu yolda. Əksinə, hər iki tərəfə sərbəst get-gəl var, üstəlik, bir erməninin qarnını doyurub, iki siqaret bloku, üstəlik, ərzaq sovqatı ilə yola saldıq. Bütün bunları görməzdən gələn paytaxtlar isə azərbaycanlıların soyqırıma məruz qaldıqlarını da görməzdən gəlirlər. Hətta Xocalıya kor olublar.

Erməni daşnaklarsa məhz bu cür simasızlardan dəstavuz aldıqları üçün yenə də 1990-cı ilin 13 yanvarında “Bakıda erməni talanları”nın olduğu barədə demaqogiyaya, saxta hay şivəninə başlayıblar. Hətta azərbaycanlıların qanına əl-üzü bulaşmış David Babayan da bu mövzuda çərənləməkdədir. Fevralda da “Sumqayıt qırğını” şousu ilə Xocalı soyqırımının izlərini itirməyə çalışacaq bu hay tayfası...

Arxivlər yanmır. Bakıda da, Sumqayıtda da “erməni talanları” və “erməni qırğını” tamaşasını sovet “KQB”-si ilə erməni daşnaklarının, “Krunq” kimi terrorçu təşkilatların törətdiyi məlumdur. Baxın, bu günlərdə Ruben Vardanyan Xankəndidəki girov ermənilərə hətta banklardan sərbəst pul çıxartmağa imkan vermir, limit tətbiq edib. Bakı və Sumqayıt hadisələrindən əvvəl ermənilər kütləvi şəkildə banklardakı əmanətlərini çıxarmışdılar. Sonradan məlum oldu ki, kimlər ki, “Krunk”un hesabına ianə ödəmirmiş, məhz onlar aradan götürülüb, yaxud evləri talan edilib. Yəni ermənilər özləri-özlərini cəzalandırıblar. Daha doğrusu, “sözə baxmayanları”. Vardanyan banklara limit qoymaqla Xankəndi və digər ərazilərdəki ermənilərin onun girovluğundan qaçışını əngəlləyir, plan bu qədər sadədir, həm də “təcrübə” var.

“Genosid” şivəni qoparan və onlara havadarlıq edənlərə isə İrəvandakı azərbayacanlı toyunun videokassetini yollamaq lazımdır. Baxsınlar, kor gözləri bəlkə açıldı...Nəinki İrəvanda, hətta Xankəndidə də 33 ildir azərbaycanlı toyu olmur. Bir qərinə...Söhbət Xankəndinin azı 15 min sakininin öz evinə dönə bilməməsindən gedir.

Məsələ bitməlidir: irəvanlı İrəvana, göyçəli Göyçəyə, vedili Vediyə, xankəndili də öz evinə dönməlidir! Bunun qarşısının kəsilməsidir GENOSİD!!!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR