İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı seçki ilə bağlı ŞOK AÇIQLAMA - “SEPAH-ın öndə gedən cəlladları...”

1181 03.03.2024 18:20 Siyasət A A

Məlum olduğu kimi, dünən İranda parlament seçkiləri baş tutdu. Həm qonşu ölkə olaraq, həm də Cənubi Azərbaycanın siyasi vəziyyəti ilə əlaqədar həmin seçkilərin nəticəsi ölkəmiz üçün də olduqca əhəmiyyətli idi. Baş tutan seçkinin gedişatı və nəticəsi ilə bağlı Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlaması zamanı vəziyyəti belə təhlil etdi:

“İlk öncə xatırlamaq lazımdır ki, İranda seçkilər əsla demomratik və şəffaf keçirilməyib. Fərqli düşüncələri müdafiə edən namizədlər də olmayıb. Yəni, tam düşünülmüş hakimiyyətin müəyyən etdiyi namizədlər bu seçkilərdə iştirak edə bilirlər və seçkilər hər zaman hakimiyyət planları çərçivəsində keçirilib. Amma bu seçkilərdə xalqın iqtisadi vəziyyətinin ağırlığı və rejimə olan nifrətlərin artmasına görə seçkilərə qatılanların sayı əvvəlki illərlə müqayisədə nisbətən az oldu. İranın tarixində belə az qatılımlı başqa bir seçki olmamışdı. Hərçənd ki, rejim qatılımı 40% olaraq açıqlasa da, bu faizlər böyük şəhərlərdə 10, kiçik şəhərdə isə 20% təşkil edirdi.

WhatsApp Image 2024-03-03 at 17.54.15.jpeg (89 KB)Mahmud Bilgin

Bu da o deməkdir ki, İranda bu seçkilər xalq tərəfindən boykot olundu, xalq İranın oyunlarının bir hissəsi olmadı. Cənubi Azərbaycan məsələsinə gəldikdə isə durum çox fərqli oldu. İran rejimi Azərbaycan türklərindən bir çox səbəblə intiqam almaqdadır. İlk və əsas səbəb isə İran daxilində türklərin güclənməsi və İranın assimilyasiya siyasətinə zərbə vurmalarıdır. Bununla yanaşı xaricdə Türk dövlətləri təşkilatının qətiyyətləri, o cümlədən Bakı ilə Ankaranın tək bir dövlət kimi qərar və addımları, eyni zaman da II Qarabağ savaşında qazanılan Zəfərimiz İran rejminin türklər üzərində farslaştırma siyasətinə böyük zərbə vurdu. İran rejimi ölkə daxilində və xaricində türk üstünlüyünü görərək İrandakı Qərbi Azərbaycan vilayətində olan seçkilərdə intiqam almaq hədəfinə düşdü. Seçkilər azad və şəffaf olmadığı üçün qatılım çox aşağı səviyyədə oldu amma rejim SEPAH-ın hərbçilərinin böyük hissəsini Cənubi Azərbaycana göndərərək bölgənin nəzarətinə xüsusi fikir verdi. İran rejiminin əmri ilə SEPAH-ın öndə gedən cəlladları, kürd terrorçu qruplaşmaları və qaçaqmalçıları ilə əlbir olaraq Maku, Sulduz və Urmiyə başda olmaqla bir çox Azərbaycan şəhərlərini bu seçkidə kürd bölgələri kimi tanıtsınlar deyə Qərbi Azərbaycanda seçkilərdə 7 kürd, 4 türk namizəd seçildi.

Bu gülünc haldır, ona görə ki, əhalisinin 80%-nin türk olduğu bir bölgədə kürd namizədlərin çoxluq təşkili açıq-aşkar İran rejminin türklərdən aldığı intiqamın nəticəsi oldu. Bu rejim çalışır ki, seçkilərlə bizi özünə yem etsin amma biz bu təxribatçı addımların bir parçası olmaqdan qaçırıq Cənubi Azərbaycan Demokratik Pariyası olaraq mövqeyimizi açıq bəlli edərək, xalqımıza bu seçkilərin saxta və qurma olduğunun təbliğatını apararaq seçkiləri boykota səsləyirik. Həm şah dövründə həm indiki İranda daima Qərbi Azərbaycan vilayətində dövlət tərəfindən kürdləşdirmə siyasəti daima olub ən bariz nümunəsi də çoxluğunu türklərin təşkil etdiyi Azərbaycan şəhərlərində kürd idarəçilərin olmasıdır. Kürd idarəçilərinin rejim və SEPAH-ın cəsusları ilə bölgəni kürdləşdirmə çabalarının arxasında məlumdur ki, rejimin birbaşa özü durur. Amma bu edilənlər cavabsız qalmayacaq, biz İranda yaşayan türk millətinin əsas olaraq Azərbaycan türklərinə rejimin kirli oyunlarına qarşı ayıq olmağa çağırırıq və ortaq bəyannaməni 4 təşkilat vasitəsi ilə yaymaqdayıq. Bu məsələdə seçkiləri saxtalaşdıran İran İslam Respublasıdır. Çünki azad və şəffaf seçkilər olarsa, məlumdur ki, 80%-i türk olan Qərbi Azərbaycan Vilayətində türklər daha da güclənər və İranın farslaştırma siyasətinə zərbə olar. Və bu zərbənin qarşısı isə yalnız Azərbaycan şəhərlərində kürd seçicilərin sayını artıraraq türk şəhərlərinə kürd idarəçiləri yerləşdirməkdir. Bu seçimlərdə Azərbaycan türklərinə qarşı edilən kürdləşdirmə Azərbaycan Respublikasına da edilmiş bir göz dağıdır. Burada əsas hədəf Cənubi Azərbaycanın etnik tərkibi məhv edərək Azərbaycan Milli Hərəkatını zəif düşürmək və hər hansı bir birləşmə çabasının qarşısını almaqdır. Qərbi Azərbaycan da keçirilən seçkilərdə kürdlərin üstünlüyü kimi görülsə də millətimiz rejimə lazımı cavabı verdi və bu rejimin başında olanlara hətta türk olsalar belə inamlarının qalmadıqlarını sübut etdi. Bu səsvermə ilə İran dünya ictimaiyyətində gülünc hədəfinə çevrildi” – deyə Mahmud Bilgin bildirib.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR